7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"

Səma Plastik MMC olaraq 17–20 iyun tarixlərində Expo Center-də keçiriləcək sərgidə iştirak edəcəyik. Sərgi çərçivəsində ziyarətçilərimizi 126 №-li stendimizdə qarşılamaqdan məmnun olarıq.

Stendimizdə şirkətimizin məhsul çeşidi, yeni məhsullar, topdansatış imkanları və B2B əməkdaşlıq şərtləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Komandamız sizə məhsulların istifadə sahələri, sifariş prosesi və biznesinizə uyğun təchizat həlləri barədə peşəkar məsləhət verəcək.

Sərgiyə dəvətlisiniz!

Gəlin, Səma Plastik MMC ilə tanış olun və gələcək əməkdaşlıq imkanlarını birlikdə dəyərləndirək.

Tarix: 17–20 iyun

Məkan: Expo Center

Stend: 126 №

Şirkət haqqında

2004-cü ildən bəri sizinlə

"Səma plastik" şirkəti 2004-cu ildə öz fəaliyyətinə başlamışdır. Şirkətimizin əsas fəaliyyət istiqaməti polietilen məhsulların istehsalıdır. Hal-hazırda 50 nəfərdən artıq personalın köməyi ilə 20 ildən artıqdır ki sizə xidmət göstərməkdəyik. 

Yerli qurumlarla yanaşı, hal-hazırda bir çox xarici ölkə ilə də ticarət əlaqələrimiz mövcuddur ki, bu ölkələrə:

  • Türkiyə
  • Rusiya
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
  • İran İslam Respublikası 
  • Malayziya 
  • Çin
  • Cənubi Koreya
  • Ukrayna

və s. daxildir.

"Səma plastik"  mütəmadi olaraq böyük şirkətlərin təşkil etdiyi tenderlərdə iştirak edir və zaman-zaman uğurlara imza atır.

Qiymət təklifi al